Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2020 23:45
Dünyada koronavirus əleyhinə peyvəndlə bağlı araşdırmalar davam edir. Artıq bir sıra ölkədə peyvəndlərin sınaqları da keçirilib. Amma hələ dünyada vahid şəkildə qəbul olunan peyvənd yoxdur və nə zaman tətbiq olunacağı bilinmir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təcili yardım proqramının direktoru Maykl Rayan isə bildirib ki, insanlar peyvəndi 2021-ci ilin ilk yarısından gec olmayaraq əldə edə biləcək. O qeyd edib ki, pevəndlə bağlı sınaqların keçirilməsində inkişaf meylləri müşahidə edilsə də, məhlulun tam ixtira olunma vaxtını dəqiq demək olmur.