Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Poçettino ''Roma''da?

Poçettino ''Roma''da?

Tarix: 9 Avqust 2020 15:26

"Roma" baş məşçisini dəyişə bilər.

Qol.az AS-a istinadən xəbər verir ki, paytaxt klubunun rəhbərliyi hazırkı çalışdırıcı  Paulu Fonsekanı Maurisio Poçettino ilə əvəzləməyi düşünür. Komadanın Avropa Liqasının 1/8 finalında "Sevilya"ya uduzaraq mübarizəni dayandırmasından sonra rəhbərlik bu qərara gəlib.

Qeyd edək ki, "Roma" portuqaliyalı mütəxəssisin rəhbərliyi altında 2019/2020 mövsümündə A seriyasını 5-ci pillədə tamamlayıb.

Xatırladaq ki, P.Fonseka ötən ildən "Roma"nı çalışdırır. Onun klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.

 


Etiketlər:  Poçettino Romada


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ