Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2020 20:21
Türkiyəli loğman Turanşah Tümer yüksək dozalı C vitamininin Covid-19 xəstələrinin daha sürətli sağalmasına kömək etdiyini söyləyib.
Sonxeber.net xəbər verir ki, həkim C vitaminin yeni növ koronavirus müalicəsində rolundan danışıb:
"Tədqiqatlar göstərir ki, immunitet sistemini gücləndirən və xəstəliyin inkişaf riskini azaldan C vitamini Covid-19 xəstələrinə yüksək dozada verildiyi təqdirdə daha sürətli sağalmağa kömək edir. İmmunitetin ozon terapiyası və glutatyon əlavələri də immuniteti gücləndirmək üçün effekticdir.
Koronavirusun müalicəsində bir nəticə əldə edilməməsinə baxmayaraq, Covid-19 və buna bənzər xroniki xəstəliklərə qarşı bədən müqavimətini və immunitet sistemini gücləndirmək üçün alternativ müalicə üsullarının tətbiq edildiyi xəstələr bu dövrü daha az zərərlə başa vurur.
Vitamin C bir çox xroniki xəstəliklərə, xüsusən ürək-damar xəstəliklərinə qarşı qoruyucu xüsusiyyətə sahibdir. Lakin bədəndə saxlanılmır. Bu zaman gündəlik vitamin planına C vitamini mənbəyi olan qidaların daxil edilməsi tövsiyə olunur. Portağal, naringi, qreypfrut, kivi, ananas, çiyələk, limon, pomidor, qırmızı və yaşıl bibər, cəfəri, kahı, təzə qızılgül, ispanaq, brokkoli və kələm C vitamininin əsas mənbəyi kimi mütəmadi olaraq istifadə edilməlidir". (publika.az)