Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Android cihazlarına təsirli olan, Bluetooth əsaslı kiber hücum yolları aşkar edildi - Diqqətli olun!

Android cihazlarına təsirli olan, Bluetooth əsaslı kiber hücum yolları aşkar edildi - Diqqətli olun!

Tarix: 11 Avqust 2020 07:44

Android sisteminə təsir göstərən və Bluetooth vasitəsilə olan kiberhücumların yeni üsulları aşkar edilmişdir.  Aşkar edilmiş metodlar istifadəçilərin məlumatlarına daxil olmaq, həmçinin hədəf cihazları təqlid etmək imkanı verir.  Google problemdən xəbərdar olduqlarını və bunun üzərində çalışdıqlarını söylədi.

Kiber təhlükəsizliyin müzakirə olunduğu "Black Hat 2020" konfransında maraqlı açıqlamalar verilib.  "DBAPPSecurity" adlı bir kiber təhlükəsizlik şirkəti, istifadəçilərin məlumatlarına girmək istəyən hakerlərin yalnız Bluetooth protokollarına daxil olmalarının bəs edəcəyini açıqladı.  Bundan əlavə, şirkət məlumatların Bluetooth vasitəsilə ələ keçirilə biləcəyi yeni metodların mövcudluğunu da üzə çıxarıb.

DBAPPSecurity tərəfindən aparılan araşdırmalara görə, hakerlər Android ekosisteminin istifadəçilərinə təsir edən iki yeni hücum növünü aşkar etdilər.  Bu hücumlardan biri istifadəçilərin şəxsi məlumatlarına, zəng qeydlərinə və mesajlarına daxil olmağı təmin edir.

Mütəxəssislərin fikrincə, hakerlər bu hücumda etibarlı bir tətbiq olduğunu iddia edə bilərlər.  Bluetooth bağlantısı işə salındıqda bu zəiflik sayəsində hakerlər onlara verilən tətbiq icazələri sayəsində istifadəçilərin məlumatlarına daxil ola bilərlər.

DBAPPSecurity-in kəşf etdiyi ikinci hücum növü "BlueRepli" adlı bir təsdiqləmə həssaslığından istifadə edir.  Əslində, bu hücum növü, qeyd etdiyimiz hücumun inkişaf etmiş bir versiyasıdır.  Çünki hakerlər hədəfə aldıqları cihazın dəqiq bir nüsxəsini yaratmaq və bütün identifikasiya sistemlərini kopyalamaq üçün bu zəiflikdən istifadə edirlər. Bu hücum istifadəçilər üçün daha böyük problemlərə səbəb ola bilər.

Google-dan açıqlama

DBAPPSecurity tərəfindən kəşf edilən yeni Bluetooth əsaslı hücum metodları Google rəsmiləri tərəfindən diqqətdən kənarda qalmadı.  Mövzuyla əlaqədar bir şərh edən Google sözçüsü, Bluetooth-un yaratdığı problemlərdən xəbərdar olduqlarını və bu problemlərin öhdəsindən gəlmək üçün iş ortaqları ilə çalışdıqlarını söylədi.  Bununla birlikdə, işlərin həcmi ilə bağlı heç bir məlumat verilmədi.


Etiketlər:  Android cihazlarına təsirli olan Bluetooth əsaslı kiber hücum yolları aşkar edildi Diqqətli olun


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ