Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2019 07:00
Bakı. Trend:
İyunun 23-də futbol üzrə Amerika Kubokunun B qrupunun sonuncu turu keçirilib.
Trend-in məlumatına, görə Braziliyada keçirilən oyunda Argentina millisi Qətər yığması ilə qarşılaşıb.
Görüş Argentina komandasının 2:0 hesablı qələbəsi ilə bitib.
Qolları Lautaro Martinez (4-ci dəqiqə) və Serxio Aquero (82-ci dəqiqə) vurublar.
Qrup digər oyunda Kolumbiya yığması Paraqvayı 1:0 hesabla məğlub edib.
Argentina üç oyundan sonra dörd xal toplayaraq ikinci yeri tutub və play-off mərhələsinə vəsiqə qazanıb. Birinci yerdə Kolumbiya komandası qərarlaşıb.
Qeyd edək ki, Amerika Kuboku iyulun 7-də başa çatacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin