Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Şimali Makedoniya klublarının işi asan olmayacaq''

''Şimali Makedoniya klublarının işi asan olmayacaq''

Tarix: 12 Avqust 2020 11:26

"Hər iki komandaya uğurlar arzulayıram. "Şkendiya" və "Şkupi" oynadığım klublardır. Rəqiblər təxminən bizimlə eyni səviyyədədir. Onlar daha çox fiziki futbola üstünlük verirlər. Bu baxımdan texniki cəhətdən də daha güclüdürlər".

Qol.az "İnfosport" nəşrinə istinadən xəbər verir ki, bu sözləri Şimali Makedoniya təmsilçiləri "Şkendiya" və "Şkupi"nin sabiq futbolçusu Arcend Beqiri komandaların Avropa Liqasındakı rəqibləri barədə danışarkən deyib.

Kosovonun "Ferizay" klubunun sabiq baş məşqçisi bildirib ki, Şimali Makedoniya klublarının işi asan olmayacaq:  "Azərbaycanda son 5-8 ildə futbola çox sərmayə qoyulub. Azərbaycan klubları infrastruktura görə də bizi qabaqlayırlar. Amma koronavirus səbəbindən mərhələlər bir oyundan ibarət olacaq. Buna görə komandalarımız üçün fərqli olacaq və daha çox taktiki mübarizə olacaq. Yaxşı hazırlaşan tərəf növbəti mərhələyə yüksələcək. Komandalarmızın keyfiyyətinə inanıram. Çünki kollektiv şəkildə mübarizə apara bilsələr, uğur qazana bilərlər. Müasir futbolda komanda oyunu önəmlidir. Ümid edirəm ki, bu baxımdan komandalar uğur qazanacaq".

Qeyd edək ki, "Şkendiya" "Sumqayıt"la, "Şkupi" isə "Neftçi" ilə üz-üzə gələcək. Hər iki qarşılaşma avqustun 27-də saat 20:00-da Bakıda keçiriləcək.

 


Etiketlər:  Şimali Makedoniya klublarının işi asan olmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ