Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2020 15:14
"Napoli" "Yuventus"un müdafiəçisi Merih Dəmiralı transfer etmək üçün hərəkətə keçib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, Neapol klubu Turin təmsilçisinə bu keçid üçün polşalı hücumçusu Arkadiuş Miliki də verməyə hazır olduğunu bildirib.
Ancaq "qoca sinyora"nın yeni baş məşqçisi Andrea Pirlo türkiyəli müdafiəçinin gələcək planlarında gördüyü üçün bu keçidin baş tutmağına imkan verməyib.
"Yuventus" Dəmiralı 2019-cu ilin yayında "Sassuolo"dan 18 milyon avroya transfer edib.