Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2020 17:42
Milli Məclis Sədrinin müavini Adil Əliyev 12 avqust Beynəlxalq Gənclər günü münasibətilə nəcib bir layihə həyata keçirib.
Sonxeber.net xəbər verir ki, Milli Məclis Sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev tərəfindən 12 avqust Beynəlxalq Gənclər günü münasibətilə nəcib bir təşəbbüs irəli sürülmüşdür. Belə ki, Beynəlxalq Gənclər günü münasibətilə gəncləri təbrik edən Adil Əliyev, hərbi xidmətdə olan gəncləri mövcud vəziyyətlə əlaqədar ziyarət etmək imkanı olmadığı üçün gənclərlə bu dəfə fərqli formatda görüş keçirmişdir. Belə ki, "Əsgərimizin yanındayıq" layihəsi elan edərək, gəncləri hərbi xidmətdə olan qardaşları üçün təkər yığmağa dəvət etmişdir. Sədr müavinin bu çağırışına ilkin mərhələdə 30-dan artıq gəncimiz cəbhədə istifadə olunması üçün təkərlərin yığılması ilə məşğul olmuş, həmin yük maşınları günün sonuna qədər yola salınmışdır. Eyni zamanda bu işdə əziyyəti olan şəxsləri unutmamış onların hər birinə minnətdarlıqlarını bildirmiş və əsgərlərimiz hər zaman yanında olmalarını bildirmişdir.
Onu da qeyd edək ki, Milli Məclis Sədrinin müavini Adil Əliyev Ermənistan tərəfinin 12 iyul tarixində Tovuz rayonunda başlatdığı təxribatla əlaqədar dərhal Tovuz və ətraf rayonlara baş çəkmiş, orda şəhid ailələri və hərbi qulluqçularımızla görüşmüşdür. Keçirilən səfərin nəticəsi olaraq Ermənistan tərəfinin törətdiyi təxribatla əlaqədar hazırladığı məqalə, 8 dilə tərcümə edilərək, dünyanın 30-a yaxın mətbuat orqanında çap edilmişdir.