Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2020 02:30
Meksikalı Maurisio Süleyman yenidən Ümumdünya Boks Şurasının (WBC) prezidenti seçilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, WBC-nin məlumatında qurumun İdarə Heyətinin üzvlərinin yekdilliklə M.Süleymanın lehinə səs verdikləri bildirilib.
O, 2014-cü ilin fevralından WBC-nin rəhbəri vəzifəsində çalışır. Ondan əvvəl isə təşkilatın prezidenti vəzifəsini atası Xose Süleyman tutub. X.Süleyman 39 il WBC-yə rəhbərlik edib.