Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Barselona" çempionluğa bir addım da yaxınlaşdı

Tarix: 24 Aprel 2019 02:04

İspaniya La Liqasında 34-cü tura start verilib.

Qol.az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma keçirilib. "Hueska" evdə "Eybar"ı, "Valyadolid" "Jirona"nı məğlub edib. "Barselona" isə səfərdə "Alaves"ə 2 cavabsız qolla qalib gəlib.

23 aprel

"Hueska" - "Eybar" - 2:0
Qollar:
E. Qalyeqo, 54 (1:0), E. Avilya, 57 (2:0)

"Valyadolid" - "Jirona" - 1:0
Qol:
M. Errero, 67

"Alaves" - "Barselona" - 0:2
Qollar:
K. Aleyna, 54 (0:1), L. Suares, 60-penalti (0:2)

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 80-ə çatdıran "Barselona" liderliyini möhkəmlədib. Kataloniya klubu özündən bir oyun az keçirən ən yaxın izləyicisi "Atletiko"nu 12 xal qabaqlayır. Ernesto Valverdenin komandası növbəti turda da qələbə qaanacağı halda vaxtından əvvəl çempionluğunu rəsmiləşdirəcək. Turnir cədvəlinin 3-cü pillədə isə "Real" qərarlaşıb. "Alaves" 46 xalla 8-ci, "Eybar" 40 xalla 13-cü, "Valyadolid" 35 xalla 15-ci, "Jirona" 34 xalla 17-ci, "Hueska" isə 29 xalla 19-cudur.

 


Etiketlər:  Barselona çempionluğa bir addım da yaxınlaşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ