Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ÇL-də növbəti mövsüm "səkkizlər finalı" olacaq? - Açıqlama

ÇL-də növbəti mövsüm

Tarix: 14 Avqust 2020 14:48

UEFA prezidenti Aleksander Çeferin növbəti mövsüm Çempionlar Liqasının "səkkizlər finalı" formatında keçirilməsi ehtimalına münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, gələcəkdə belə turnirin maraqlı ola biləcəyini deyib: "Amma bunu edə biləcəyimizi düşünmürəm. Çünki təqvim sıxdır və ölkələrin çempionatlarını nəzərə almalıyıq. Mən optimistəm və düşünürəm ki, gələn il normal və azarkeşlərin iştirak etdiyi köhnə futbola qayıda bilərik. Biz hazırkı duruma uyğun hərəkət edirik. Amma əminəm ki, bu virusa görə hər şey indiki kimi qalmayacaq. Gələn il eyni müsabiqəni keçirmək üçün hansısa planımız yoxdur".

Qeyd edək ki, koronavirus səbəbindən ÇL-də 1/4 finaldan etibarən oyunlar Portuqaliyanın paytaxtı Lissabonda "səkkizlər finalı" formatında keçirilir.

Milli.Az


Etiketlər:  ÇL növbəti mövsüm səkkizlər finalı olacaq Açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ