Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İbrahim Kalın: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”

İbrahim Kalın: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”

Tarix: 14 Avqust 2020 22:57

Bakı. Trend:

Türkiyə-Azərbaycan əməkdaşlığı, bunun regional təhülkəsizlik və inkişafda rolu günün əsas müzakirə mövzularındandır.

Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” proqramında iki qardaş ölkənin çoxtərəfli əlaqələri, tərəfdaşlıq münasibətləri müzakirəyə çıxarılıb. “Hədəf”in efirinə “Skype” vasitəsilə qoşulan Türkiyə Respublikası Prezidentinin mətbuat katibi İbrahim Kalın verilişin aparıcısı Elnar Məmmədlinin və qonaqlar, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalın suallarını ətraflı cavablandırıb.

Türkiyə-Azərbaycan əlaqələrinin inkişafından bəhs edən İ.Kalın deyib ki, Türkiyə Prezidenti Təcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasındakı dostluq, qardaşlıq münasibətləri ölkələrin də münasibətlərinin inkişafına töhfə verir. O qeyd edib ki, yaxşı və pis gündə Türkiyə ilə Azərbaycan biri-birinin yanında olublar ki, bundan sonra da bu, belə olacaq. Türkiyə Prezidentinin mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, Türkiyə Azərbaycanın ərazi bütövlüyünü bütün müstəvilərdə dəstəkləyir: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”. İ.Kalın qeyd edib ki, bu gün Türkiyə-Azərbaycan əməkdaşlığı regionun təhlükəsizliyində əhəmiyyətli rol oynayır. İki ölkənin silahlı qüvvələrinin birgə təlimlərinə toxunan İ.Kalın söyləyib ki, təlimlər Türkiyə ilə Azərbaycanın strateji tərəfdaşlığını bir daha nümayiş etdirdi.

“Hədəf” verilişini tam olaraq “YouTube” kanalımızdan izləyə bilərsiniz https://www.youtube.com/watch?v=W1yy_SK8N80.

https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w

İnformasiya dəstəyi – Trend.az


Etiketlər:  İbrahim Kalın Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ