Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2020 23:46
Qubanın Qırız kəndi Qudyalçayın sahilində, Ağ dağın ətəyində yerləşir. Dəniz səviyyəsindən 2200 metr yüksəklikdəki Qırız kəndi rayonunun ən gəzməli-görməli yerlərindəndir. Xüsusilə əsrarəngiz dağlıq və təbiət mənzərələrini seyr etməyi sevən ekoturizm həvəskarları bura səyahət edir.
Kəndin ətrafında bulaqlar, şəlalə və mağara var. Qrız kəndi Azərbaycan ərazisində ən çox qar düşən yaşayış məntəqələrindəndir. Qışda qarlı təbiət təsvirləri, donmuş şəlaləsi ilə diqqət çəkən Qırız kəndinin yay mənzərələri də görənləri valeh edir.
Sonxeber.net AZƏRTAC-a istinadən fotoqraf Roman İsmayılovun Qırız kəndində çəkdiyi fotoları təqdim edir.