Tarix: 17 Avqust 2020 00:58
Bu gün Avropa Liqasında yarımfinal mərhələsi başlayıb.Qol.az xəbər verir ki, ilk oyun günündə Almaniyanın “Reyn Energi” stadionunda “Sevilya” “Mançester Yunayted”lə üz-üzə gəlib. Matç İspaniya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da, "Sevilya" ilk finalçı olub. Komanda həlledici görüşdə “İnter” - “Şaxtyor” cütünün qalibi ilə qarşılaşacaq.
16 avqust23:00. “Sevilya” (İspaniya) -“Mançester Yunayted” (İngiltərə)
- 2:1
Qollar: Fernandes, 9-pen (0:1), Suso, 26 (1:1), De Yonq, 78 (2:1)
17 avqust
23:00. “İnter” (İtaliya) -“Şaxtyor” (Ukrayna)