Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2019 18:36
Bakı. Trend:
“Real” və “Çelsi” klubunun keçmiş futbolçuları arasında yoldaşlıq oyunu keçirilib.
Trend-in məlumatına görə, “Santyaqo Bernabeu” stadionunda təşkil edilən qarşılaşmada "madridlilər" 5:4 hesabı ilə qalib gəlib.
“Real”ın heyətində Raul Qonsales (2), Fernando Moryentes (2) və Kristian Karambö, “Çelsi” də isə Andrey Şevçenko, Qustavo Poyet, Vilyam Qallas və Floran Maluda fərqləniblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin