Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

PSJ-də ciddi itki - Yarımfinalı buraxır

PSJ-də ciddi itki -  Yarımfinalı buraxır

Tarix: 17 Avqust 2020 12:44

PSJ-nin zədəli qapıçısı Keylor Navasın durumuna aydınlıq gəlib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı qolkiper Çempionlar Liqasının yarımfinal mərhələsində “Leypsiq”lə oyunu buraxacaq.

“Atalanta” ilə 1/4 final oyununda ayağından zədələnərək məcburi əvəzlənən kosta-rikalı qapıçının avqustun 20-dək sıraya dpnə bilməyəcəyi məlum olub. Buna görə də baş məşqçi Tomas Tuhel yarımfinalda ikinci qapıçı Serxio Rikoya şans verməli olacaq.

Qeyd edək ki, sabah Lissabonda keçiriləcək “Leypsiq” – PSJ matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.

 


Etiketlər:  ciddi itki Yarımfinalı buraxır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ