Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2020 17:24
Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Şkupi” oyununun hakimləri müəyyənləşib.
Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı latviyalı hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Aleksandr Qolubev olacaq. Ona yan xətt hakimləri Raymond Tatrik və Yevgeni Morozovs kömək edəcəklər. Qarşılaşmanın 4-cü hakimi funksiyasını Artis Kenin yerinə yetirəcək.
Qeyd edək ki, “Neftçi” – “Şkupi” görüşü avqustun 27-də “Bakcell Arena”da keçiriləcək.