Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Boksçumuz Lorenso Sotomayor II Avropa Oyunlarının dörddəbir finalına yüksəlib

Boksçumuz Lorenso Sotomayor II Avropa Oyunlarının dörddəbir finalına yüksəlib

Tarix: 24 Iyun 2019 21:48

Bakı. Trend:

İyunun 24-də “Minsk 2019”un dördüncü günündə Azərbaycanın dörd boksçusu mübarizə aparıb.

Trend-in məlumatına görə, boksçularımızın dördü də - Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Lorenso Sotomayor (69 kq) və Məryəm Cəbrayılova (69 kq) səkkizdəbir finalda yarışıb. Onlardan yalnız Lorenso Sotomayor qalib gələrək dörddəbir finala yüksəlib. Boksçu səkkizdəbir finalda Adem Fetahoviçi (Bosniya və Herseqovina) 4:1 hesabı ilə məğlub edib.

Məsud Yusifzadə (52 kq) səkkizdəbir finalda ukraynalı Dmitro Zamotayevə uduzub. Tayfur Əliyev Ukrayna təmsilçisi Mikola Butsenko ilə görüşdə məğlub olub – 1:4. Qadın boksçumuz Məryəm Cəbrayılova (69 kq) macarıstanlı Vivien Budaya 1:4 hesabı ilə uduzub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Boksçumuz Lorenso Sotomayor Avropa Oyunlarının dörddəbir finalına yüksəlib


RƏYLƏR