Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2020 19:26
İngiltərə millisinin sabiq qapıçısı Co Hart "Tottenhem"ə keçir.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı qolkiper hazırda London klubunda tibbi müayinədədir. Klubsuz olan qapıçı paytaxt təmsilçisinə azad agent kimi keçəcək.
Qeyd edək ki, 2008-2017-ci illərdə İngiltərə millisində çıxış edən Co Hartın son klubu "Bernli" olub. O, "Mançester Siti", "Vest Hem", "Torino" kimi klublarda da oynayıb.