Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2020 19:46
"Mançester Siti" rəhbərliyi baş məşqçisi Pep Qvardiola ilə bağlı qərarını verib.
Qol.az "The Telegraph"a istinadən xəbər verir ki, komandanın Çempionlar Liqasında mübarizəni dayandırmasına baxmayaraq, klub 49 yaşlı mütəxəssislə əməkdaşlığa davam edəcək. Nəşr yazıb ki, İngiltərə təmsilçisi Qvardiola ilə yeni müqavilə imzalamaq istəyir.
Qeyd edək ki, Pepin "Mançester Siti" ilə hazırkı müqaviləsi 2021-ci ilin yayında başa çatır.
Xatırladaq ki, "Mançester Siti" 2019/2020 mövsümündə İngiltərə Premyern Liqasını 2-ci pillədə tamamlayıb. Komanda Çempionlar Liqasında isə 1/4 finalda "Lion"a 1:3 hesabı ilə uduzaraq turnirdə mübarizəsini dayandırıb.