Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2019 22:04
"Qarabağ"ın Avstriyada təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununun başlama saatı müəyyənləşib.
Qol.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, "Krayova"ya (Rumıniya) qarşı görüş sabah Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Ağdam təmsilçisi ilk yoxlama matçında Bolqarıstan "Ludoqorets"inə 0:2 hesabı ilə uduzub. Komanda iyunun 28-də Rusiyanın “Ufa” və iyulun 2-də Çexiyanın “Viktoriya” klubları ilə də yoxlama oyunu keçirəcək.