Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2020 21:26
Azərbaycanlı hakim Rəhim Həsənov UEFA-dan təyinat alıb.
Qol.az qurumun saytına istinadən xəbər verir ki, o, Lüksemburq "Proqress"inin Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Enqrodan" (Andorra) - "Zeta" (Monteneqro) cütünün qalibi ilə keçirəcəyi görüşün baş hakimi olacaq.
FİFA referisinə Mübariz Haşımov və Pərvin Talıbov köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.
Qeyd edək ki, sözügedən matç avqustun 26-ı keçiriləcək.