Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2020 21:24
Avropa Liqasının 2020-21 mövsümünün ilk mərhələsi çərçivəsində keçirilməli olan "Linkoln" (Cəbəllütariq) - "Priştina" (Kosovo) oyunu baş tutmayıb.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, buna koronavirus pandemiyası səbəb olub.
Qarşılaşmadan əvvəl qonaq komandanın 8 futbolçusunun koronavirusa yoluxması faktı aşkarlanıb. Bu səbəbdən oyun keçirilməyib.
Qeyd edək ki, bu, avrokubokların yeni mövsümündə koronavirus səbəbindən baş tutmayan ikinci oyundur. Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin "Linfild" (Şimali İrlandiya) - "Drita" (Kosovo) görüşü ikincilərin futbolçularının koronavirusa yoluxması səbəbindən keçirilməyib, kluba texniki məğlubiyyət verilib.