Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2020 12:00
Bakı. Trend:
Rəşid İsmayılov Rusiyanın "VimpelCom" telekommunikasiya şirkətinin ("Bilayn" brendi) direktorlar şurasının iclasında şirkətin prezidenti seçilib.
Trend-in məlumatına görə, bu barədə şirkət açıqlama yayıb.
R.İsmayılov 2023-cü ilin avqust ayına qədər üçillik müqavilə imzalayıb. O, əvvəllər şirkətin baş direktorunun müşaviri vəzifəsində işləyib.
R.İsmayılov 2014-cü ildən 2018-ci ilə qədər rabitə nazirinin müavini olub, daha sonra "Nokia" şirkətinin Rusiyada baş direktoru vəzifəsində çalışıb. 2019-cu ildən etibarən trafik filtrləmə sistemlərini tətbiq edən "Məlumatların İşlənməsi və Avtomatlaşdırılması Mərkəzi" (DCAA) şirkətinə rəhbərlik edib.