Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DÇ-2022-nin seçmə mərhələsinin oyunları təxirə salındı

DÇ-2022-nin seçmə mərhələsinin oyunları təxirə salındı

Tarix: 19 Avqust 2020 21:28

DÇ-2022-nin Afrika zonası üzrə seçmə mərhələsinin oyunları  təxirə salınıb.

Qol.az Afrika Futbol Konfederasiyasının saytına istinadən xəbər verir ki, oktyabr ayında başlaması planlaşdırılan matçlar koronavirus səbəbindən 2021-ci ildə oynanılacaq.

40 yığmanın mübarizə aparacağı seçmə mərhələnin oyunları gələn il mayın 31-i başlayıb, oktyabrın 12-i başa çatacaq. Pley-offlar isə 8-16 noyabr tarixlərində keçiriləcək.

Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabrda Qətərdə  olacaq.

Xatırladaq ki, bundan əvvəl DÇ-2022-nin Asiya zonası üzrə seçmə mərhələsinin oyunları təxirə salınmışdı.

 


Etiketlər:  2022 nin seçmə mərhələsinin oyunları təxirə salındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ