Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2020 02:24
Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulması ilə 2-ci turun cütlükləri müəyyənləşib.
Qol.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ"ın növbəti rəqibi Moldova təmsilçisi "Şerif olacaq.
“Klaksvik” (Farer adaları) - “Slovan” (Slovakiya) matçı koronavirus pandemiyası səbəbindən avqustun 21-nə keçirildiyindən “Yanq Boyz”un (İsveçrə) 2-ci raunddakı rəqibi bəlli olmayıb.
Digər cütlüklər isə aşağıdakı kimidir:
Çempionlar Liqası
2-ci təsnifat mərhələsi
Çempionlar yolu
ÇFR (Rumıniya) - “Dinamo” (Zaqreb, Xorvatiya)
“Seltik” (Şotlandiya) - “Ferensvaroş” (Macarıstan)
“Suduva” (Litva) - “Makkabi” (Təl-Əviv, İsrail)
“Legiya” (Polşa) - “Omoniya” (Kipr)
"Çelye" (Sloveniya) - “Molde” (Norveç)
“Lüdoqorets” (Bolqarıstan) - “Midtülland” (Danimarka)
“Dinamo” (Brest, Belarus) - “Sarayevo” (Bosniya və Herseqovina)
“Qarabağ” (Azərbaycan) - “Şerif” (Moldova)
"Tirana" (Albaniya) - “Srvena Zvezda” (Serbiya)
“Yanq Boyz” (İsveçrə) - “Klaksvik” (Farer adaları)/“Slovan” (Slovakiya) cütünün qalibi
Liqa yolu
“Alkmaar” (Niderland) - “Viktoriya” (Çexiya)
PAOK (Yunanıstan) - “Beşiktaş” (Türkiyə)
“Lokomotiv” (Zaqreb, Xorvatiya) - “Rapid” (Vyana, Avstriya)
Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin matçları avqustun 25-26-da oynanılacaq. "Qarabağ" - "Şerif" görüşü avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.