Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2020 19:10
FIFA Haiti Futbol Federasiyasının prezidenti İv Jan-Bartın futboldan uzaqlaşdırılma müddətini 90 gün artırıb.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, bənzər sanksiyalar federasiyanın texniki direktoru Vilner Ettyenə və qadınlardan ibarət komandanın baş məşqçisi Nil Cozefə də tətbiq ediləcək.
"The Guardian"ın iddiasına görə, İv Jan-Bart son 5 ildə gənc qızlara qarşı cinsi zorakılıqda ittiham olunur.
Qeyd edək ki, o, mayın sonunda FIFA tərəfindən 90 günlük futboldan uzaqlaşdırılıb.