Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2020 23:44
ABŞ prezidenti Donald Trump texnologiya nəhəngi Oracle şirkətinin TikTok-un ABŞ əməliyyatlarını öz üzərinə götürməsi ilə bağlı açıqlamalar verib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Trump Oracle şirkətinin uğurlu işə imza atacağını qeyd edib.
Bu açıqlama Oracle-ın Çin tətbiqinin Şimali Amerika, Yeni Zelandiya və Avstraliyada hüquqlarını tələb etdiyini bildirdikdən sonra gəldi. Microsoft-dan sonra dünyada ikinci ən böyük proqram şirkəti olan Oracle TikTok tətbiqinin hüquqlarını əldə etmək üçün səy göstərirdi.
Qeyd edək ki, Oracle şirkəti Trump-ın çox güclü dəstəkçilərindəndir.