Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2020 23:52
Rusiyanın "VimpelCom" telerabitə şirkətinin prezidenti vəzifəsinə azərbaycanlı Rəşid İsmayılov seçilib.
Bu barədə qərarı şirkətin Direktorlar Şurası avqustun 17-də keçirilən iclasda verib.
Sonxeber.net techland.az-a istinadən bildirir ki, Rəşid İsmayılov ilə 2023-cü ilin avqust ayınadək müqavilə imzalanıb.
Qeyd edək ki, R.İsmayılov 2014-2018-ci illərdə Rusiyanın rabitə nazirinin müavini, daha sonra bu ölkədə "Nokia" şirkətinin bölməsi üzrə baş direktor vəzifəsində çalışıb, 2019-cu ildən isə Rusiyada internetin trafik tənzimlənməsi ilə məşğul olan şirkətə rəhbərlik edib.