Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2020 11:06
Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Keşlə"nin rəqibi olan “Laçi” yoxlama görüşündə qüvvəsini sınayıb.
Qol.az xəbər verir ki, Albaniya klubu yerli “Apoloniya” ilə qarşılaşıb.
Oyun “Laçi”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu 14-cü dəqiqədə nigeriyalı hücumçu Kirian Nvabueze vurub.
Qeyd edək ki, avqustun 27-də “ASK Arena”da keçiriləcək “Keşlə” – “Laçi” oyunu 21:00-da başlayacaq.