Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2019 14:32
İtaliyanın "Milan" və "İnter" klublarının ev oyunlarını keçirdiyi "San-Siro" stadionu söküləcək.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə "Milan"ın prezidenti Paolo Skaronini məlumat verib. O, hazırkı arenanın yerində yeni stadion inşa edəcəklərini bildirib.
İtaliya mətbuatı hər iki klubun yeni stadion layihəsinə 700 milyon avro ödəyəcəyini yazıb. 80 min azarkeş tutumuna malik olacaq arenanın 2022/2023 mövsümündə istifadəyə veriləcəyi gözlənilir.
Qeyd edək ki, "San-Siro" 1926-cı ilin sentyabrında açılıb. 1937-ci ildən "Milan" və "İnter" ev oyunlarını məhz bu stadionda keçirir.