Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beşbarmaqda köməksiz qalan şəxs xilas edildi

Beşbarmaqda köməksiz qalan şəxs xilas edildi

Tarix: 22 Avqust 2020 09:24

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat qəsəbəsi ərazisində yerləşən Beşbarmaq dağında köməksiz vəziyyətdə qalan 1 nəfərin xilas olunması üçün müraciət daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub.

Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində vətəndaş dağdan düşürülüb və halsız vəziyyətdə olduğu üçün Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verilib.


Etiketlər:  Beşbarmaqda köməksiz qalan şəxs xilas edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ