Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Belarus Xarici işlər naziri azərbaycanlı iş adamı Vasif İsmayılovu Şərəf ordeni ilə təltif edib

Belarus Xarici işlər naziri azərbaycanlı iş adamı Vasif İsmayılovu Şərəf ordeni ilə təltif edib

Tarix: 22 Avqust 2020 14:39

Belarusun xarici işlər naziri Vladimir Makey Belarus prezidenti adından azərbaycanlı iş adamı və investor Vasif İsmayılovu Şərəf ordeni ilə təltif edib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, Vasif İsmayılovun şirkəti Minskdə və Mogilyovda çoxsaylı binalar inşa edib. Hazırda Bobruysk şəhərində iri obyektin, paytaxt Minskdə "Bakı məhəlləsi" yaşayış kompleksinin tikintisi ilə bağlı layihə hazırlanır .

Şirkət 2013-cü ildə Belarusun Azərbaycandakı səfirliyinin komplekslərini inşa edib. İş adamı xeyriyyə fəaliyyətlərində aktiv iştirak edir.

Vasif İsmayılovun Şərəf ordeni ilə təltif edilməsi haqqında qərar 21 noyabr 2019-cu ildə verilib, və bu gün nazir tərəfindən şəxsən təqdim edilib.


Etiketlər:  Belarus Xarici işlər naziri azərbaycanlı adamı Vasif İsmayılovu Şərəf ordeni ilə təltif edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ