Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2020 22:45
Ən çox yayılan göz problemlərindən biri də xalq arasında "qara su", eləcə də göz təzyiqi adlandırılan qlaukoma xəstəliyidir.
Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, qlaukoma göz daxili təzyiqin artması ilə baş verən, müalicə olunmasa, hətta korluğa səbəb olan ağır xəstəlik hesab olunur. Məlumatlara görə, qlaukoma xəstəliyinin erkən mərhələsində xəstələrdə heç bir şikayət olmur. Amma xəstəlik inkişaf etdikcə görmə sinirinin atrofiyası yaranır, görmə azalır. Gözdə qızartı, ağrı, bulanıq görmə, işıq ətrafında rəngli halqaların görülməsi, ürəkbulanma, qusma və s. qalukomanın əlamətlərindən sayılır. Adətən qlaukoma yaşlı insanların xəstəliyi kimi təqdim olunur. Amma uşaqlarda da bu problemə rast gəlinir.
Oftalmoloq cərrah, tibb üzrə fəlsəfə doktoru Rəfadar Xəlilov bildirib ki, qlaukoma uşaqlarda, hətta körpələrdə də rast gəlinən göz xəstəliklərindən biridir. Onun sözlərinə görə, valideynlər, bu xəstəliyi, əsasən, gözün həcmindəki dəyişikliklə müşahidə edə bilərlər. Çünki uşaqlarda göz almasının toxumaları çox sərt deyil, elastikdir. Buna görə gözün içində təzyiq çoxaldıqca göz alması böyüyür. Adətən, 2-3 aylıq uşaqlarda artıq bu problemlərlə qarşılaşmaq olur və artıq onlar oftalmoloqa müraciət etməlidirlər.