Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hiddink yenidən milli komandada - Rəsmi

Hiddink yenidən milli komandada -  Rəsmi

Tarix: 23 Avqust 2020 02:44

Niderland millisinin sabiq çalışdırıcısı Qus Hiddinkin yeni işi yeri müəyyənləşib.

Qol.az xəbər verir ki, 73 yaşlı mütəxəssis Kurasao millisini çalışdıracaq. Tərəflər DÇ-2022-yə kimi müqavilə bağlayıblar.

Cəmi 160 min əhalisi olan Kurasao Niderland Krallığını təşkil edən 4 ölkədən biridir. Ölkənin Futbol Federasiyası 2011-ci ildə FİFA-ya üzv olub.
 
Xatırladaq ki, Hiddink son olaraq Çinin gənclərdən ibarət yığma komandasını çalışdırıb. 73 yaşlı niderlandlı mütəxəssis ölkəsinin millisinin ilə yanaşı, PSV, "Fənərbaxça", "Valensiya", "Real", "Çelsi", "Anji" klublarında, Cənubi Koreya, Avstraliya, Rusiya, Türkiyə yığmalarında da baş məşqçi olub.

 

 


Etiketlər:  Hiddink yenidən milli komandada Rəsmi


RƏYLƏR