Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2020 11:26
Bakı. Asif Mehman - Trend:
Bu ilin avqust ayı hava dəyişiklikləri ilə bol oldu.
Trend-in məlumatına görə, bunu açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, Şahdağda yağıntı nəticəsində 15 sm hündürlükdə qar əmələ gəlib. 2009-cu ildən aparılan müşahidələr zamanı bu ilk belə hadisədir:
"Ötən il avqustun sonunda yalnı sulu qar müşahidə olunmuşdu. Bir çox rayonlarda sutka ərzində düşən yağıntının miqdarı aylıq normaya yaxın olub. Eyni zamanda paytaxtda gün ərzində düşən yağıntının miqdarı aylıq normadan çox olub. Güclü külək nəticəsində dalğanın 5,3 metrə çatıb. Yağışlı və küləkli havanın ayın 24-də səhər saatlarından kəsiləcəyi gözlənilir.