Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2020 19:36
Bakı. Trend:
İtaliyalı məşqçi, “İnter” klubunun baş məşqçisi Antonio Konte fırıldaqçının qurbanı olub.
Trend-in məlumatına görə, A.Konte İngiltərənin “Çelsi” klubuna rəhbərlik etdiyi müddətdə investisiya yerləşdirmək məqsədilə Massimo Boçikkyo adlı şəxsə 30,6 milyon avro vəsait təqdim edib. Bir müddət sonra həmin məbləği dividendlərlə birgə almağa ümid edən məşqçi vəsaiti geri ala bilməyib.
Ondan başqa, daha yeddi nəfər fırıldaqçının qurbanı olub. Məsələni araşdıran Böyük Britaniya məhkəməsi M.Boçikkyonun 61,4 milyon avro məbləğində aktivlərini dondurub.
Qeyd edək ki, Antonio Konte 2016-2018-ci illərdə “Çelsi”yə rəhbərlik edib.