Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2020 20:40
Bakı. Trend:
Bütün ölkələrin ədalətli şəkildə koronavirus vaksinləri ilə təmin olunması məqsədi daşıyan COVAX beynəlxalq mexanizminə 172 ölkə qoşulub.
Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Gebreyesus brifinq zamanı deyib.
O bildirib ki, ötən həftə bütün ölkələrə koronavirus vaksinlərinin hazırlanmasının sürətləndirilməsi üzrə tərəfdaşlığa qoşulmaq xahişi ilə məktub göndərilib:
“Bu günə olan vəziyyətə görə, 172 ölkə COVAX mexanizmində iştirak edir. Biz bütün ölkələrə vaksinlərin ədalətli paylanması üçün bütün vaksin istehsalçıları ilə işləyirik”.