Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2020 21:28
"Zoom" videokonfrans xidmətinin işində qüsurlar yaranıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, faktı "Zoom Video Communications" şirkəti də təsdiq edib.
Qeyd olunub ki, şikayətçilər şirkətə müraciət edərək "Zoom" vasitəsilə videokonfransları işə sala və ya konfransa qoşula bilmədiyini yazıb.
Hazırda qüsurların aradan qaldırılması üçün iş aparılır.
Qeyd edək ki, "Zoom" xidməti koronavirus pandemiyası dövründə xüsusi populyarlıq qazanıb.