Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avrokuboklarda daha iki kluba texniki məğlubiyyət verildi

Avrokuboklarda daha iki kluba texniki məğlubiyyət verildi

Tarix: 25 Avqust 2020 02:16

UEFA koronavirusa görə təxirə salınan Çempionlar Liqası və Avropa Liqasının təsnifat mərhələsinin oyunları ilə bağlı yekun qərarını açıqlayıb.

Qol.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, ÇL-in 1-ci təsnifat mərhələsində avqustun 19-da Farer adalarının “Klaksvik” klubu ilə qarşılaşmalı olan Slovakiya “Slovan”ına 0:3 hesablı məğlubiyyət verilib.

UEFA "Slovan"ın bir futbolçusu və fizioterapevtində koronavirus aşkarlandığı üçün görüşü avqustun 21-nə təxirə salmışdı. Bratislava təmsilçisinə əvəzedici komandanın üzvləri ilə oynamaq şansı verilsə də, gənc oyunçularda da koronavirus aşkarlanması texniki məğlubiyyətə səbəb olub.  Bununla da  “Klaksvik” oynamadan mərhələ adlayıb. Farer adaları təmsilçisi 2-ci təsnifat mərhələsində İsveçrənin “Yanq Boyz” klubu ilə qarşılaşacaq.

Avropa Liqasının ilkin mərhələsində isə Kosovo “Priştina”sı Cəbəllütariqin “Linkoln Red İmps” klubu ilə üz-üzə gəlməli idi. Kosovo təmsilçisinin 8 futbolçusu koronavirus yolxduğundan matç təxirə salınmışdı. "Priştina"nın oynamaq istədiyi fərqli heyətdə də virus aşkarlandığı üçün qarşılaşmanın ləğvinə qərar verilmişdi. Artıq UEFA “Priştina”ya da 0:3 hesablı texniki məğlubiyyət verib. Mərhələ adlayan “Linkoln Red İmps” Avroliqanın 1-ci təsnifat mərhələsində Lüksemburqun “Union” Titus Petange” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA daha öncə ÇL-də Kosovonun “Drita” klubuna da texniki məğlubiyyət vermişdi.

 


Etiketlər:  Avrokuboklarda daha iki kluba texniki məğlubiyyət verildi


RƏYLƏR