Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bil Qeyts Stiv Cobsu dahi adlandırıb

Bil Qeyts Stiv Cobsu dahi adlandırıb

Tarix: 25 Avqust 2020 09:00

Bil Qeyts Amerikan jurnallarından birinə verdiyi müsahibəsində Stiv Cobsla bağlı maraqlı açıqlamalar verib.

Milli.Az techland.az-a istinadən bildirir ki, o, Stiv Cobsun Apple-dan ayrılıb sonradan şirkətə qayıtdıqda şirkəti "180 dərəcə" döndərdiyinə heyran olduğunu bildirib.

"Cobs dahi bir insan idi, xüsusən də Apple-a qayıdanda ... başqa birisi orada nə edəcəyini bilə bilməzdi. Mən şəxsən bunu edə bilməzdim." Qeyts mərhum Apple rəhbərinin xarizmasına həsəd apardığını da etiraf edib. "O, həddən artıq həvəsli insanlardan belə həvəsli idi. Mənə sehrbaz deyirdilər ancaq mən özüm onun sehrinə düşmüşdüm" deyə Qeyts zarafat edib.

Qeyts hətta şəxsi çatışmazlıqlarından da danışıb. "Mən onun qədər sosial biri deyiləm, yemək də bişirə bilmirəm və başqa bir dildə səlis danışmadan utanıram."

Milli.Az


Etiketlər:  Bil Qeyts Stiv Cobsu dahi adlandırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ