Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2020 12:08
“Keşlə”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Laçi”nin futbolçusu Kirian Nvabuezeyə “Qızıl buts” mükafatı təqdim olunub.
Qol.az xəbər verir ki, nigeriyalı hücumçu 2019/20 mövsümündə Albaniya çempionatının ən yaxşı bombardiri olduğu üçün bu mükafata layiq görülüb. 27 yaşlı oyunçu ötən mövsüm 24 qol vurub.
Qeyd edək ki, avqustun 27-də Bakıda "ASK Arena"da keçiriləcək "Keşlə" - "Laçi" görüşü saat 21:00-da başlayacaq.