Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da Texas ştatında ''Laura'' qasırğasına görə uçuşların çoxu təxirə salıb

ABŞ-da Texas ştatında ''Laura'' qasırğasına görə uçuşların çoxu təxirə salıb

Tarix: 27 Avqust 2020 05:24

Bakı. Trend:

ABŞ-da Texas ştatının ən böyük hava limanındakı bütün uçuşların 60 faizindən çoxu ləğv edilib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə "FlightAware" saytı xəbər verir.

Saytda bildirilir ki Hyuston hava limanı 11-ni (3%) təxirə salmaqla 212 reysi (61%) və 17 reysin enişini (5%) təxirə salmaqla 201 reysin qəbulunu ləğv edib (62%).

"Associated Press" Texas və Luizianadakı körfəz sahilindəki yanacaqdoldurma məntəqələrinin bağlanmasına dair xəbər yayıb. Sahil ərazilərinin sakinləri yaxın bir neçə saatda "Laura"nın əhatə edəcəyi ərazini tərk etməyə tələsərək avtobus terminallarına gəliblər.

Missisipi çayının ətrafı və iki ştatın sahil ərazilərinin sakinləri üçün fırtına xəbərdarlığı elan edilib. Texas və Luiziana hakimiyyətləri "Laura"nın yaxınlaşması ilə əlaqədar 585 min yerli sakinin təxliyə edilməsinə göstəriş verib. Arkanzas ştatında fövqəladə vəziyyət elan edilib.

Qasırğa mövsümü, adətən, Atlantikdə iyunun əvvəlindən noyabrın sonuna qədər altı ay davam edir. Atmosfer olayı tropik fırtına kimi təsnif edilir və əhatəsindəki küləyin sürəti təqribən 17,5 m/s-yə çatanda bu adı alır. Küləyin sürəti 33 m/s və ya daha çox olduqda isə fırtına qasırğa adlandırılır.


Etiketlər:  ABŞ Texas ştatında Laura qasırğasına görə uçuşların çoxu təxirə salıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ