Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Apple və Epic Games arasında ilk məhkəmə keçirildi: Fortnite AppStore'a qayıtmır

Apple və Epic Games arasında ilk məhkəmə keçirildi: Fortnite AppStore'a qayıtmır

Tarix: 27 Avqust 2020 08:12

Avqustun 24-də Epic Games və Apple məsələsinin ilk məhkəmə iclası baş tutdu. Hakim Yvonne Gonzalez Rogers, karantin məhdudiyyətləri səbəbiylə Zoom videokonferansında hər iki tərəfin fikirlərini dinlədi.

Məhkəmə açıldıqdan sonra, hakim, Unreal Engine'i qorumaq üçün tədbirlər görəcəyini, ancaq Fortnite'a qoyulan məhdudiyyəti yerində saxlamağını bildirdi. Apple sözçüsü Richard Doren, şirkətin platforma qaydalarını pozan tərtibatçı profillərini silmək hüququna sahib olduğunu bildirdi. Epic Games isə onları qəsdən pozduğunu əlavə etdi.

Epic Games'i təmsil edən Katherine Forrest, təetibatçıların çarpaz platforma xüsusiyyətlərinə görə Unreal Engine'i seçdiklərini bildirdi. Apple platformalarında işləməyin mümkünsüzlüyündən sonra "mühərrik istifadəyə yararsız hala düşəcək."

Fortnite'ın AppStore'da blok olunmasına gəldikdə isə, hakim, oyunun ödənişlərinin AppStore vasitəsiylə edilən versiyaya qaytarılaraq əvvəlki qaydada işləyə bilməsinə heç bir maniyə olmadığını dedi. Ancaq hələlik Apple bununla razı deyil.

Buna cavab olaraq Epic Games məhkəməyə müraciət edərək Fortnite'ın App Store-da məhkəmə prosesinin gözləməsinə qədər qadağan etməsini ləvğ olunmasını istədi.

Milli.Az


Etiketlər:  Apple Epic Games arasında ilk məhkəmə keçirildi Fortnite AppStorea qayıtmır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ