Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda qeydiyyatdan keçirilən əsərlərin sayı 12 mini ötüb

Azərbaycanda qeydiyyatdan keçirilən əsərlərin sayı 12 mini ötüb

Tarix: 24 Aprel 2019 10:28

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Əqli Mülkiyyət Agentliyi tərəfindən 2018-ci il ərzində 333 müəllifin 568 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 574 şəhadətnamə verilib.

Agentlikdən Trend-ə verilən məlumata görə, həmçinin “Elektron xidmət” bölməsi vasitəsi ilə müəlliflərin 21 müraciəti əsasında 16 əsər qeydiyyatdan keçirilib və qeydiyyatla bağlı 16 şəhadətnamə verilib.

Bununla yanaşı, hesabat ilində 15 müqavilə qeydiyyatdan keçirilib. Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2019-cu il 1 yanvar tarixinədək Agentlikdə bütövlükdə 12 122 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə 97 müəllifin 193 əsəri qeydiyyatdan keçirilib.


Etiketlər:  Azərbaycanda qeydiyyatdan keçirilən əsərlərin sayı 12 mini ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ