Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2019 13:24
Bakı. Trend:
Rusiyanın Federal Təhlükəsizlik Xidməti Saratov şəhərində terror aktının qarşısını alıb.
Trend-in məlumatına görə, xidmət əməkdaşları kustar üsulla partlayıcı maddələr hazırlayan və kütləvi məkanda terror aktı planlaşdıran İŞİD üzvünü zərərsizləşdirib.
Qeyd olunur ki, həmin şəxs əməliyyat təhlükəsizlik qüvvələrinə silahlı müqavimət göstərib. Əməliyyat nəticəsində dinc sakinlər arasında xəsarət alanlar olmayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin