Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2020 20:00
20 aprel 2020-ci il tarixdə Tovuz rayonu, Yanıqlı kənd sakini Cəlal Tağıyevə bıçaqla xəsarət yetirilməsi nəticəsində qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) maddələri ilə Tovuz rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılmışdır.
Tovuz rayon prokurorluğundan Sonxeber.net-a verilən məlumata görə, istintaqla Cəlal Tağıyevin oğlu Seymur Tağıyev ilə həmkəndlisi Oqtay Abdiyev arasında baş vermiş münaqişənin qarşısını alarkən sonuncu tərəfindən bıçaqlanaraq qəsdən öldürülməsinə cəhd edilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Oqtay Abdiyev Cinayət Məcəlləsinin qeyd edilən maddələrlə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.