Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da COVID-19 peyvəndini sınayan ilk şəxs danışdı - ''Heç bir yan təsiri olmadı''

ABŞ-da COVID-19 peyvəndini sınayan ilk şəxs danışdı - ''Heç bir yan təsiri olmadı''

Tarix: 27 Avqust 2020 20:27

16 martda koronavirus peyvəndini sınayan ilk insan olan 44 yaşlı Cenifer Haller (Cennifer Haller) və Nil Brovninq (Neal Browning) peyvəndin təsirləri haqqında danışıb.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, Sietldə yaşayan Ceniffer Haller ABŞ-da peyvənd vurulan ilk insan oldu. O "İndi geriyə baxdıqda bunun doğurdan da nə qədər önəmli olduğunu anlayıram", - deyib.

"Özümü daha güvənli hiss etdim"

ABC11-də yer alan xəbərə görə, könüllü peyvən olan digər insan isə Nil Brovninq olub. O "Əvvəlcə biraz tərəddülərim var idi. Bunun daha əvvəl heyvanlar üzərində sınanmadığını bilirdim. Bu həm ilk insan, həm də ilk heyvan üzərindəki sınaq idi. Özümü daha güvənli hiss etdim"

"Çiyin ağrısından başqa yan təsiri yoxdur"

Onlar peyvəndin yüngül çiyin ağrısı xaricində heç bir yan təsirinin olmadığını söyləyiblər.
Haller, "Özümü əla hiss edirəm, mənə heç bir yan təsiri olmadı", - deyib.

Haller ve Brovninq yenidən könüllü olub-olmayacaqları sualına isə Haller, "Bəli, mütləq" cavabını verib. Nil Brovninq də yenidən könüllü olacağını qeyd edib.


Etiketlər:  ABŞ COVID peyvəndini sınayan şəxs danışdı Heç təsiri olmadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ