Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

10 il ərzində Rusiya dünyanın ən iri qızıl hasilatçısına çevriləcək

10 il ərzində Rusiya dünyanın ən iri qızıl hasilatçısına çevriləcək

Tarix: 27 Avqust 2020 20:32

Növbəti on il ərzində Rusiya dünyanın ən iri qızıl hasilatçısı olacaq.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə "Fitch Solutions" şirkətinin proqnoz-hesabatında deyilir.

Proqnoza əsasən, Rusiyada qızıl hasilatı 2020-ci ildə 11,3 milyon unsiyadan 2029-cu ildə 15,5 milyon unsiyayadək artacaq. Bu göstərici hazırda ən iri qızıl hasilatçısı olan Çindən daha yüksək olacaq.

2029-cu ildə dünya qızıl hasilatının 11,6 faizi Rusiyanın payına düşəcək. Hazırda bu göstərici 10,6 faizə bərabərdir.

2020-2029-cu illərdə Rusiyada qızıl hasilatı illik 3,7 faiz artım nümayiş etdirəcək. Çində isə artım 0,2 faizə bərabər olacaq.


Etiketlər:  ərzində Rusiya dünyanın qızıl hasilatçısına çevriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ