Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2020 21:04
Dronların geniş yayılmasını nəzərə alsaq, olduqca vacib təşəbbüsdür.
ABŞ dronların vurduğu zərərləri azaltmaq üçün anti-dron radarları sınaqdan keçirəcək.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, sınaq hava limanları yaxınlığında aparılacaq.
Yeni dərc edilmiş məlumatlara əsasən, Federal Aviasiya Administrasiyası hava limanları üçün pilotsuz uçuş aparatlarının aşkarlanması sistemlərinin öyrənilməsi və təhlilini həyata keçirəcək. Hələki 10 ədəd anti-dron texnologiya və sistemin sınanması mümkün olacaq, lakin gələcəkdə onların sayı arta bilər. Sınaq müddətinin başlaması 2021-ci ilə planlaşdırılır.
"Havadakı PUA sayının artması davam etdikdə, əks-İHA texnologiyalarının mövcudluğunun artdığı təəccüb doğurmamalıdır. Bu sistemləri sınamalı və hava limanlarında, digər strateji yerlərdə istifadəyə başlamalıyıq", - deyə Federal Aviasiya Administrasiyasından bildirilib.